İspaniya millisinin baş məşqçisi Luis Enrikenin nəyə görə postundan ayrılmaq istəməsi məlum olub.
Sportal.az "Daily Mail"a istinadən xəbər verir ki, ispaniyalı məşqçi "Mançester Yunayted"i çalışdıra bilər.
Premyer Liqa klubu 51 yaşlı mütəxəssislə danışıqlara da başlayıb. İspaniya Futbol Federasiyası ilə müqaviləsi bu il dekabrın 31-də başa çatacaq Enrike Dünya çempionatından sonra yığmadan ayrılacaq. Təbii ki, "Mançester Yunayted"in təklifi onu razı salacağı təqdirdə, bu addımı atmış olacaq.
