Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan güləş üzrə Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 təmsilçisi mübarizəyə qoşulacaq. İslam Bazarqanov (61 kq) ilk görüşdə Viktor Lizenlə (Almaniya) üz-üzə gələcək.
Turan Bayramov (74 kq) 1/8 finalda Ali Umarpaşayevlə (Bolqarıstan), Abubakr Abakarov (86 kq) isə Denis Balaurla (Moldova) qarşılaşacaq.
Osman Nurmaqomedov (92 kq) yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi Simyone Yannattoni (İtaliya) - Radoslav Marçinkieviç (Polşa) döyüşünün qalibi olacaq. Aydın Əhmədov (125 kq) isə debütdə Paris Karepi (Albaniya) ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi
