Belçikalı qapıçı 28 yaşında vəfat etdi

14:06 - 29 Mart 2022

Belçikanın "Serkl Brügge" klubunun qapıçısı Migel Van Damm dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, belçikalı "əlcək sahibi" 28 yaşında leykoz xəstəliyindən vəfat edib.

 

"Serkl Brügge" klubunun yetirməsi olan təcrübəli qolkiperdə ilk dəfə 2016-cı ildə leykoz xəstəliyi aşkarlanmışdı. 2020ci ildə üçüncü dəfə eyni xəstəlik aşkarlanan Migel Vandan iki illik müalicəsi nəticə vermədi və bu gün dünyasını dəyişdi.

Xəbər xətti