Mahir məşqlərə başladı - FOTO

15:38 - 29 Mart 2022

“Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini tam sağaldıb.

Sportal.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu komanda ilə məşqlərə başlayıb.

Emreli daha əvvəl zədə səbəbindən Azərbaycan yığmasının Malta toplanışına çağırılmayıb.

“Dinamo” Xorvatiya çempionatının 29-cu turunda aprelin 3-də “Draqovolyaç”ı qəbul edəcək.

 

Bir 5 kişi, ayakta duran insanlar ve çim görseli olabilir

Xəbər xətti