Mahir Emreli "Dinamo"nun tədbirində - FOTOLAR

16:14 - 29 Mart 2022

Zaqrebdə "Dinamo"nun keçmiş Yuqoslaviya futbol çempionatında qazandığı qələbənin 30 illiyi münasibətilə “Çiro” tamaşası olub.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, tədbirdə "Dinamo"nun rəhbərliyi ilə yanaşı, komandanın məşqçi və futbolçu heyəti də iştirak edib. Tamaşanı izləyənlər arasında komandanın forvardı Mahir Əmrəli də olub.

"Dinamo" keçmiş Yuqoslaviya çempionatında sonuncu dəfə 1982-ci ildə çempionluq sevinci yaşamışdı.
 

Xəbər xətti