Monçi PSJ-nin futbolçusunu istəyir

18:58 - 29 Mart 2022

Almaniyalı futbolçu Julian Draksler PSJ-dən ayrılan bilər.

 

Sportal.az xəbər verir ki, heyətə düşməkdə çətinlik çəkən 28 yaşlı yarımmüdafiəçi daha çox forma şansı qazana biləcəyi komandaya getmək istəyir.

 

İspaniya mətbuatının məlumatına görə, "Sevilya" Almaniya millisinin üzvü ilə yaxından maraqlanır. Əndəlus təmsilçisinin idman direktoru Monçi təcrübəli orta xətt oyunçusunu komandada görmək istəyir.

 

Qeyd edək ki, Julian Draksler PSJ-yə 2017-ci ilin yanvar ayında "Volfsburq"dan transfer olunub. O, cari mövsümdə Paris klubunun heyətində meydana çıxdığı 24 oyunda 2 qol və 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti