Azərbaycanın Millətlər Liqasında son rəqibi məlum oldu

20:50 - 29 Mart 2022

Millətlər Liqasının pley-off mərhələsində cavab oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Moldova Qazaxıstanla D liqasına düşməmək üçün üz-üzə gəlib.
 

Matç qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb. İlk görüşdə Qazaxıstan 2:1 hesabı ilə qalib gəldiyi üçün matçda əlavə vaxta ehtiyac olub. Tərəflər əlavə vaxtda fərqlənə bilmədiyi üçün penaltilər seriyası baş tutub. Burada daha dəqiq olan Qazaxıstan (5:4) qələbə qazanıb.

 

Qazaxıstan bu qələbədən sonra Azərbaycan millisinin C liqasının 3-cü qrupunda növbəti rəqibi olub. Qrupda yer alan digər komandalar isə Slovakiya və Belarusdur.

Xəbər xətti