Azərbaycan yığmasının sabiq üzvü, Maldiv klubunda çıxış etmiş futbolçu Naxçıvanda oynayacaq

15:37 - 30 Mart 2022

Yeni mövsümdən birinci divizionda çıxış edəcəyi iddia edilən “Araz Naxçıvan” artıq heyətini yeni futbolçularla gücləndirib. 

Sportal.az saytına bu barədə Naxçıvan klubunun baş məşqçisi Azər Bağırov məlumat verib.

​Son olaraq Maldiv Adalarının “TC Sport” klubunun qapısını qorumuş Elməddin Məmmədov, U-21 yığmamızın sabiq üzvü Orxan Əliyev, “Qəbələ” və “Sumqayıt”da çıxış etmiş Elvin Dəmirov və “Neftçi” yetirməsi olan Əsgər Hüseynov “Araz”da oynayacaq.

 

Xəbər xətti