Almaniya millisi yoldaşlıq oyununda Niderlandla qarşılaşıb.
Sportal.az xəbər verir ki, bu matçda qol vuran alman hücumçu Tomas Müller yeni uğura imza atıb.
33 yaşlı futbolçu oyunda fərqlənərək yığmadakı qollarının sayını 43-ə çatdırıb. O, bu göstəricidə millinin sabiq futbolçusu Mixael Ballakı geridə qoyub. Sabiq yarımmüdafiəçi yığmada 42 qol vurub.
Müller millinin bombardirləri siyahısında 3-cü pilləyə yüksəlib. Yığmanın rekordçusu isə 73 qolla Miroslav Klozedir.
Niderland - Almaniya oyunu 1:1 hesabıyla başa çatıb.
