"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti raundda Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq. Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdırıb.
saytlarin hazirlanmasi