Mahirin komandası pley-offa 4 qolla yüksəldi - VİDEO

11:17 - 10 Avqust 2022

Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu ilə cavab oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, matç Zaqreb təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən "Dinamo" pley-offa adlayıb. Zaqreblilər növbəti mərhələdə “Budyo Qlimt”lə (Norveç) üz-üzə gələcək.

 

Mahir Emreli isə bugünkü oyunda meydana çıxmayıb. O, sona kimi ehtiyatda qalıb.

 

"Dinamo" - "Ludoqorets" 4:2

QOLLAR: Drmiç, 12, Orşiç, 27 (pen), 44, Petkoviç, 87 - Despodov, 45+4, 49 (pen)

 

Xəbər xətti