"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə keçirəcəyi oyunların vaxtı açıqlanıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də start götürəcək.
Komandalar arasında cavab oyunu isə avqustun 23-də Plzendə olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.