İngiltərənin "Everton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lill"in yarımmüdafiəçisi Amadu Onananı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Everton" 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Mersisayd təmsilçisi bu keçid üçün Fransa klubuna 36 milyon avro ödəyəcək.
Amadu Onana "Lill"ə 2021-ci ilin yayında "Hamburq"dab transfer olunmuşdu. Belçikalı oyunçu son mövsümdə Liqa 1 klubunun heyətində meydana çıxdığı 42 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
