"İnter"dən ayrılan Aleksis Sançesin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, çilili hücumçu karyerasını Fransada davam etdirəcək. 33 yaşlı futbolçu "Marsel"lə razılıq əldə edib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli oyunçu Marsel şəhərinə gedib. Onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Aleksis Sançes "İnter"ə 2019-cu ilin yayında "Mançester Yunayted"dən transfer olunub. Çili yığmasının üzvü son mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 39 matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
