"Milan"ın forvardı Zlatan İbrahimoviçin hər iki oğlu aşağı yaş qruplarından ibarət komandalarda oynayacaq.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı Maksimilian və 14 yaşlı Vinsent İbrahimoviçlər müvafiq olaraq U-17 və U-15 komandalarında çıxış edəcək.
Hər iki futbolçuya İtaliyanın digər klublarından maraq olsa da, onlar “Milan”ı seçiblər.
saytlarin hazirlanmasi
