Xorvatiya millisinin üzvü İtaliya klubuna keçir

17:37 - 10 Avqust 2022

Xorvatiya millisinin və "Vest Hem"in yarımmüdafiəçisi Nikola Vlaşiç İtaliyada oynayacaq.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, yarımmüdafiəçi "Torino" ilə anlaşıb. Turinə yollanan Vlaşiç tibbi müayinədən keçdikdən sonra klubla rəsmi müqavilə imzalayacaq.

​O, "Torino"da icarə əsasında çıxış edəcək.

Xəbər xətti