İslamiada: Mariya Stadnik qızıl medal qazandı

19:37 - 10 Avqust 2022

Türkiyənin Konya şəhərində davam edən V İslam Həmrəyliyi Oyunlarında qadın güləşçimiz Mariya Stadnik (50 kq) final görüşünü keçirib.

Sportal.az xəbər verir ki, idmançımız finalda özbəkistanlı Jasmina İmmayevaya 10:0 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Bununla da, Stadnik ikinci dəfə İslamiadanın qalibi olub.

O, bundan əvvəl 2017-ci ildə Bakıda keçirilənc IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu.

Xəbər xətti