"Neftçi"nin futbolçusu: "Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

21:32 - 10 Avqust 2022

"Neftçi"nin futbolçusu Yusuf Laval Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Rapid"lə oyunundan öncə keçirilən mətbuat konfrans iştirak edib.

​Sportal.az xəbər verir ki, nigeriyalı futbolçu Vyana klubuna qarşı oynayacaqları matçın çətin keçəcəyini söyləyib:

"Sabah çətin rəqibə qarşı oynayacağımızı bilirik. Ona görə də bizi çətin oyunun gözlədiyini demək olar. Amma biz növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

​Xatırladaq ki, sabah Vyanada keçiriləcək matç 22:30-da start götürəcək.
 

Xəbər xətti