“Turan Tovuz”un yeni transferi “Səbail”ə qarşı oynaya biləcək

21:46 - 10 Avqust 2022

"Turan Tovuz"un yayda heyətinə qatdığı Natan Oduva komandanın düşərgəsinə qoşulub.

Sportal.az saytına verilən məlumata görə, bölgə klubunun legioneri artıq sağalıb.

Ötən həftə soyuqdəyməyə görə məşqlərə qatıla bilməyən və bu səbəbdən Premyer Liqanın 1-ci turunun “Qəbələ” ilə oyununu da buraxmaq məcburiyyətində qalan Oduva artıq kollektivlə birlikdədi.

​Onun “Turan Tovuz”un Premyer Liqanın ikinci turunda “Səbail”ə qarşı keçirəcəyi matçda meydana çıxacağı gözlənilir.

Xəbər xətti