"Viktoriya"nın çempionat oyunu təxirə salındı

18:51 - 11 Avqust 2022

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya"nın ölkə çempionatındakı oyunu təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, Plzen təmsilçisi Ağdam klubu ilə matça yaxşı hazırlaşmaq üçün IV turun "Zbroyovka" ilə görüşünün təxirə salınması üçün liqa rəhbərliyinə müraciət edib və müsbət cavab alıb.

 

Qeyd edək ki, "Viktoriya" "Qarabağ"la ilk oyunu 23 avqust tarixində Bakıda keçirəcək. Komandalar arasında cavab qarşılaşması isə ayın 23-ü Çexiyada olacaq.

Xəbər xətti