İtaliyanın "Salernatina" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Sampdoriya"dan Antonio Kandrevanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı forvard 2022/2023 mövsümünü icarə əsasında Salerna təmsilçisində keçirəcək.
Qeyd edək ki, Antonia Kandreva "Sampdoriya"ya 2021-ci ilin yayında "İnter"dən transfer olunub. İtaliyalı hücumçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 40 matçda 7 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
