İsveçrə Super liqasında V turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Qrashoppers" səfərdə "Sion"un qonağı olub. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.
Renat da bu görüşün iştirakçısı olub. 23 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub. O, 63 dəqiqədə komandasının ikinci qolunu vurub.
Xallarını 9-a yüksəldən "Qrashoppers" İsveçrə Super Liqasının lideridir.
saytlarin hazirlanmasi