"Qarabağ" - "Viktoriya" matçına bilet satışı müvəqqəti dayandırıldı

13:25 - 14 Avqust 2022

Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Plzen) ilə qarşılaşacaq "Qarabağ"ın ilk oyunu üçün onlayn bilet satışını həyata keçirən “iticket.az” saytında texniki problem yaranıb.

Sportal.az xəbər verir ki, buna görüşə marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi səbəb olub.

Bütün bunlara görə də onlayn bilet satışı müvəqqəti olaraq dayandırılıb.

Xəbər xətti