"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 2-ci turunun "Bornmut"la oyunundan sonra "Sky Sports"a danışıb.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis "şəhərlilər"in 4:0 hesablı qələbəsini şərh edib:
"Biz yaxşı komanda oyunu göstərdik. "Bormunt" müdafiə planında çox yaxşı idi. Hücumda da həmçinin. Qısa ötürmələrlə yaxşı hücuma çıxırlar. Ardınca isə hərəkəti dəyişirlər. Onlar mənə "Tottenhem"i xatırlatdı. Vurduğumuz qoldan sonra biz səbrli oynamalıydıq. Biz yenə də əla oyun nümayiş etdirdik".
