Futbol üzrə Niderland I Divizionunda IV turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının keçmiş üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu "Eyndhoven" doğma meydanda "Yonq AZ Alkmar"ı qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Ozan Can Kökçü də bu görüşün iştirakçısı olub. 24 yaşlı vinger matça start heyətdə başlayıb və 68 dəqiqədə əvəzlənib. Ozan Can 45+2-ci dəqiqədə komandasının yeganə qolunu vurub.
4 turdan sonra 12 xal toplayan "Eyndhoven" top fərqinə görə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
