İtaliya millisinin forvardı paytaxt klubunda

15:15 - 28 Avqust 2022

İtaliya millisinin forvardı Andrea Belotti "Torino" fanatları ilə vidalaşıb.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, təcrübəli hücumçu bu gün "Roma" ilə üç illik müqavilə imzalayacaq.

28 yaşlı italiyalı futbolçu Turin təmsilçisinin heyətində 7 ildir ki, oynayırdı. O, bu müddətdə “Torino”nun heyətində 251 oyuna çıxıb və 113 qol vurub.

Xəbər xətti