Fransa Liqa 1-də 4-cü turun oyunları start götürüb.
Sportal.az xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Nant" "Tuluza" ilə üz-üzə gəlib.
Qarşılaşma "Nant"ın 3:1 qələbəsi ilə başa çatıb.
"Nant" - "Tuluza" - 3:1
Qollar: Zakaria, 15 (0:1), Quissand, 50 (1:1), Mostafa, 55 (2:1), Mozes, 61 (3:1)
Bu nəticədən sonra "Nant" 5 xalla 9-cu, "Tuluza" eyni xalla 8-ci pillədə qərarlaşıb. "Lans" 10 xalla liderdir.
