"Everton" heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Brayton"un forvardı Nil Mopeni transfer edib.
26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
“Everton” fransalıya görə "Brayton"a 11,8 milyon avro ödəyib.
Mope əvvəllər “Nitsa”, “Sent-Etyen”, “Brest”, “Brentford” klublarında oynayıb.
