"Atalanta" heyətinə yeni futbolçu qatıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Berqamo təmsilçisi “Şturm”dan (Qrats) Rasmus Hoylundu transfer edib.
19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İtaliya klubu Rasmus üçün Qrats təmsilçisinə 17 milyon avro ödəyib.
