Ronaldo transfer edilsə, "Sportinq"in baş məşqçisi istefa verəcək

19:30 - 28 Avqust 2022

"Mançester Yunayted"in forvardı Kriştiano Ronaldonun karyerasını hansı komandada davam etdirəcəyi hələ də dəqiqləşməyib.

Sportal.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, onun yetirməsi olduğu “Sportinq”ə qayıtmaq ehtimalı yüksəkdi.

Amma bu transfer baş tutsa, böyük ehtimalla baş məşqçi Ruben Amorim istefa verəcək.

O, Ronaldo ilə müqavilə imzalanacağı təqdirdə, istefa verməyə hazır olduğunu rəhbərliyə bildirib. Amorim Ronaldonun transfer edilməsinə qarşıdı. 

Xəbər xətti