Azərbaycan çempionunun növbəti rəqibi bəlli oldu

20:05 - 28 Avqust 2022

Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan”ın əsas mərhələdəki sonuncu rəqibi də müəyyənləşib.

Sportal.az xəbər verir ki, ilkin mərhələnin D qrupunda keçirilən “Minerva” (İsveçrə) – “Loznika Qrad” (Serbiya) matçında qələbə qazanan nominal qonaqlar maksimum xalla birinci yeri tutub və növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

​Beləliklə 25-30 oktyabr tarixlərində keçiriləcək əsas mərhələnin 5-ci qrupunda “Araz-Naxçıvan” “Mostar” (Bosniya və Herseqovina), “Orebro” (İsveç) və “Loznika Qrad” (Serbiya) komandaları ilə qarşılaşacaq. Oyunlar Bosniya və Herseqovinada keçiriləcək.

Xəbər xətti