Yığmamız Avstriyaya qalib gəldi

20:38 - 28 Avqust 2022

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası AÇ-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, D qrupunda yer alan millimiz Avstriyanı qəbul edib.

Bakıda keçirilən matç Eldar Yusubovun rəhbərlik etdiyi kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz ilk üç turdan sonra 9 xala sahibdi.

AÇ-2023-ün seçmə mərhələsi

D qrupu
28 avqust

Azərbaycan – Avstriya 3:0 (25:19, 25:19, 25:13)

Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya).
​Bakı, Voleybol Mərkəzi.

Xəbər xətti