Elmar Baxşıyev: "Qəbələ" iddiasından əl çəkməyəcək"

22:15 - 28 Avqust 2022

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 4-cü turunun "Sabah"la görüşündən sonra danışıb.

Sportal.az xəbər verir ki, Baxşıyev "CBC Sport"a açıqlamasında bunları deyib: "İki fərqli hissə alındı. Komandamın oyunundan razı qaldım. Oyunun dinamikası yaxşı idi, hər iki komanda yaxşı mübarizə apardıq. Bu gün uduzsaq da, mübarizədən qopmayacağıq. Çalışacağıq ki, müqavimət göstərək. Heç nə itirilməyib, "Qəbələ" iddiasından əl çəkməyəcək. Bu oyunun taleyini ilk qol vuran komanda həll edəcəkdi. Ani epizodda qol buraxdıq, rəqib də istifadə etdik". 

Bölgə klubunun çalışdırıcısı Murad Musayevin oynamaması və transferlərin olub-olmayacağı haqda da danışıb: "Muradın mikro zədəsi var idi. Ona görə ehtiyat edirdik ki, zədəsini çətinləşdirməyək. Transferə gəlincə, bu heyətlə davam edəcəyik. Ancaq hər şey mümkündü".

Mirbağırağa

Xəbər xətti