Yığmamız gümüş medalla kifayətləndi

22:30 - 28 Avqust 2022

Cüdo üzrə Azərbaycan yığması Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, finalda yığmamız Fransa ilə üz-üzə gəlib və gümüş medalla kifayətlənib.

Fidan Əlizadə (63 kq) yarımfinal görüşündə zədələndiyindən kollektiv fransızlara qarşı 5 cüdoçu ilə mübarizə aparıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatdığından, qalib püşkatma yolu ilə müəyyənləşib.

Xəbər xətti