"Dinamo" qalib gəldi, Mahirə ehtiyac duyulmadı

23:16 - 28 Avqust 2022

Xorvatiya çempionatında 7-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, milli komandamızın forvardı Mahir Emrelinin formasını geyindiyi “Dinamo” “Şibenik”lə üz-üzə gəlib.

​Matç qonaqların qələbəsi ilə başa çatıb. Emreli bütün oyunu ehtiyat skamyada keçirib. Bu, artıq üçüncü turdur ki, Mahir ehtiyat skamyada oturur. Hazırda “Dinamo” 19 xalla turnir cədvəlinin lideridi.

Xəbər xətti