"Fənərbaxça"dan göndərilən müdafiəçi Super Liqa klubunda

11:19 - 29 Avqust 2022

"Fənərbaxça"nın yollarını ayırdığı Stiven Kokerin yeni iş yeri dəqiqləşib.

Sportal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”lə anlaşıb. Tərəflər 2 illik müqaviləyə qol çəkib.

Syerra Leone millimizin üzvü “Liverpul”, “Sauthempton”, “Suonsi Siti”, “Tottenhem”, “Bristol Siti”, “Kardiff Siti”, klublarında çıxış edib.

Xəbər xətti