"Kəpəz" Yaşar Vahabzadə ilə yollarını ayırdı

11:31 - 29 Avqust 2022

"Kəpəz" Yaşar Vahabzadə ilə yollarını ayırıb.

Sportal.az klubun mətbuat xidməti istinadən xəbər verir ki, Vahabzadə ilə yanaşı onun köməkçiləri də komandadan göndərilib.

Gəncə təmsilçisinin açıqlamasında bunlar yazılıb: "Klubumuzun rəhbərliyi əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib".

"Kəpəz" onun rəhbərliyi altında Premyer Liqada bütün oyunları uduzmuşdu. 

Xəbər xətti