"Qalatasaray"ın yeni transferi sıradan çıxdı

11:48 - 29 Avqust 2022

"Qalatasaray"ın yeni legioneri sıradan çıxıb.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçi Lukas Torreyra zədələnib.

Super Liqanın 4-cü turunun “Trabzonspor”la qarşılaşmasının 17-ci dəqiqəsində zədələnərək meydanı tərk edən uruqvaylının son durumu tibbi müayinədən sonra bilinəcək.

Xatırladaq ki, “Qalatasaray” “Trabzonspor” (0:0) səfərindən bir xalla qayıdıb. 

Xəbər xətti