"Səbail" ilk dəfə ev oyununda bu qədər qol vurub

12:04 - 29 Avqust 2022

"Səbail" tarixində 5-ci dəfə Premyer Liqada böyükhesablı qələbə qazanıb.

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, “Kəpəz”lə qarşılaşmaya təsadüf edib.

Bakı klubu Misli Premyer Liqasının IV turunda 4:1 hesabı ilə qalib gəlib.

"Səbail" ilk dəfə ev oyununda 4 qol vurmağı bacarıb.

​Bunadək yalnız bir dəfə rəqib qapısına 4 dəfə yol tapan bakılılar 2018-ci ildə “Sabah”la səfər matçında qalib gəlmişdi – 4:0.

Xəbər xətti