"Çelsi"nin müdafiəçisi Kallum Hadson-Odoi Almaniyaya yollanmağa hazırlaşır.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, "Bayer" onu icarəyə götürəcək.
Artıq tərəflər razılıq əldə edib.
Odoi 2022/2023 mövsümünü icarə əsasında Leverkuzen klubunda keçirəcək.
21 yaşlı futbolçu “Çelsi” yetirməsidi və İngiltərə millisinin də üzvüdü.
