"Mançester Yunayted" növbəti transferini həyata keçirib.
Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, Mançester təmsilçisi "Ayaks"dan Antoni ilə razılıq əldə edib.
22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Transferə görə "Ayaks"a 100 milyon avro ödənilib.
2000-ci il təvəllüdlü futbolçu 2020-ci ildə "Sao Paolo"dan "Ayaks"a keçib.
