"Kəpəz" müvəqqəti olaraq bu məşqçiyə tapşırıldı

14:15 - 29 Avqust 2022

Yaşar Vahabzadə ilə yollarını ayıran "Kəpəz" bu gün məşqini bərpa edəcək.

Sportal.az xəbər verir ki, Vahabzadə ilə yanaşı əsas komandanın bütün məşqçiləri göndərildiyindən əsas komanda bir müddətlik əvəzedici heyətin çalışdırıcısı Xaliq Mərdanova tapşırılıb.

Komanda bu gün 18:00-da Gəncədə məşqə çıxacaq.

 

Xəbər xətti