"Qəbələ"nin futbolçusu: "Məğlub olmaq uğursuzluq deyil, təcrübədir" - FOTO

15:43 - 29 Avqust 2022

Misli Premyer Liqasının 4-cü turunun “Qəbələ” – “Sabah” matçından sonra ev sahiblərinin futbolçusu Rövlan Muradov sosial şəbəkədə paylaşım edib.

Sportal.az xəbər verir ki, bölgə klubunun aparıcı üzvü “Sabah”a 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Məğlub olmaq uğursuzluq deyil, təcrübədir! Sonadək mübarizəyə davam!”.

Xatırladaq ki, ilk üç turdan sonra 9 xala malik olan “Qəbələ” 4-cü turda “Sabah”a uduzub.

 

Xəbər xətti