Yaşar Vahabzadə: "Heç bir incikliyim qalmayıb"

16:02 - 29 Avqust 2022

Premyer Liqanın hər dörd turunu məğlub başa vuran "Kəpəz"də baş məşqçi dəyişikliyi baş verdi. 

Komandanın keçmiş çalışdırıcısı Yaşar Vahabzadə Sportal.az saytına qısa açıqlamasında bunları deyib:

"Klub rəhbərliyi ilə görüşdük, danışdıq və ayrılıq qərarı alındı. "Kəpəz"ə uğurlar arzulayıram. Sivil şəkildə yollarımızı ayırdıq. Məşqçi işi bu cürdür. Amma heç bir incikliyim qalmayıb. Dörd oyunda məğlub olduqdan sonra ayrılmalı oldum. Təəssüf ki, istədiyimiz kimi nəticələr olmadı".

Xəbər xətti