"Fənərbaxça"nın istədiyi hücumçu La Liqa klubuna keçdi

17:28 - 29 Avqust 2022

İspaniyanın "Real Sosyedad" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Leyptsiq"dən Aleksandr Şörlotu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Fənərbaxça"nın da istidəyi norveçli hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Real Sosyedad"da keçirəcək.

 

Qeyd edək ki, Şörlot son mövsümdə də "Real Sosyedad"da icarədə olub. 26 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 44 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti