"Atletiko"nun müdafiəçisi Premyer Liqa klubunda

18:15 - 29 Avqust 2022

İngiltərənin "Nottingem Forest" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Atletiko"dan Renan Lodini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Braziliyalı sol cinah müdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında "Nottingem Forest"də keçirəcək. İngilislər Madrid klubuna 5 milyon avroluq icarə haqqı ödəyəcək. "Nottingem Forest" 30 milyon avro ödəməklə 24 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

 

Qeyd edək ki, Renan Lodi 2019-cu ildən "Atletiko"da çıxış edir. O, son mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 42 matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti