İstanbul klubu seneqallı hücumçu ilə gücləndi

19:05 - 29 Avqust 2022

Türkiyənin "Başakşehir" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Konfrans Liqasında mübarizə aparan İstanbul təmsilçisi "Bandırmapor"dan Filippe Kenini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Super Liqa klubu seneqallı hücumçu ilə 2025-ci ilədək nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, Filippe Keni 2021-ci ilin yayından "Bandırmaspor"da oynayırdı. 23 yaşlı forvard I Liqa klubunun heyətində meydana çıxdığı 36 matçda 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti