"Fənərbaxça" yeni transferini icarəyə verir

19:53 - 29 Avqust 2022

Türkiyənin "Fənərbaxça" klubu Tiaqo Çukuru icarəyə verəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 19 yaşlı hücumçunu Belçikanın "Deynze" klubununa göndərəcək. Gənc futbolçu 2022/2023 mövsümünü icarə əsasında II Liqa təmsilçisində keçirəcək.

 

Qeyd edək ki, "Fənərbaxça" Tiaqo Çukuru yay fasiləsində İngiltərənin "Uotford" klubundan transfer edib. O, "sarı-lacivərtlilər"in heyətində rəsmi matçda meydana çıxmayıb.

Xəbər xətti