Niderlandın "Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi "Çelsi"dən Hakim Ziyexi transfer etməyə çox yaxındır. Bu barədə "Sky Sports" məlumat yayıb. Transferin yaxın günlərdə tamamlanacağı bildirilib.
Qeyd edək ki, Hakim Ziyex "Çelsi"yə 2020-ci ilin yayında məhz "Ayaks"dan tranfer olunub. Merkeşli vinger London təmsilçisinin heyətində meydana çıxdığı 84 matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
