"Fənərbaxça" uruqvaylı hücumçu ilə razılaşdı

21:57 - 29 Avqust 2022

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Valensiya"dan Maksi Qomeslə razılaşıb. Bu barədə "Goal" nəşri məlumat yayıb.

 

26 yaşlı futbolçu yaxın günlərdə Türkiyəyə gedəcək və "sarı-lacivərtlilər"lə müqavilə imzalayacaq.

Maksi Qomes 2019-cu ilin yayından "Valensiya"da çıxış edir. Uruqvaylı forvard "yarasalar"ın heyətində 108 oyunda 22 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti